BDYPİ-dən dayanma-durma qaydalarının pozulması ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Cəmiyyət
559
11:55, Bu gün

BDYPİ-dən dayanma-durma qaydalarının pozulması ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Paytaxtımızda və respublikamızın müxtəlif bölgələrində nəqliyyat vasitələrinin sayı artır və yol hərəkətində intizamın qorunması, hər bir sürücünün qaydalara əməl etməsi daha da vacib əhəmiyyət kəsb edir.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində qeyd olunub.
 
Bildirilib ki, parklanma və dayanma-durma qaydalarına riayət olunmaması problemlərə səbəb olur və bunun nəticəsində hərəkət zolaqları iflic olur, digər sürücülərin manevr imkanları məhdudlaşdırılır, nəqliyyat axını ləngiyir və sıxlıq yaranır yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır:
 
"Bunun qarşısını almaq üçün sürücülərdən xahiş edilir ki, avtomobillərini yalnız nəzərdə tutulmuş dayanacaq və parklanma yerlərində saxlamalı, qısa müddətli dayanma zamanı belə digər nəqliyyat vasitələrinin və ictimai nəqliyyatın hərəkətinə maneə yaratmamalıdır.
 
Unutmayaq ki, səhlənkar davranış yüzlərlə insanın hərəkətində gecikməyə səbəb olur".
 
"Parklanma və dayanma-durma qaydalarına ciddi şəkildə əməl olunmalı, yol hərəkətində intizamı qorumalı, tıxacların və qəzalara səbəb ola biləcək halların yaranmasına imkan verməməlidir",- deyə müraciətdə qeyd olunub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər