Nazir Vilayət Eyvazov Qazaxıstan DİN-in nümayəndə heyəti ilə görüşdü
Cəmiyyət
494
09:25, Bu gün

Nazir Vilayət Eyvazov Qazaxıstan DİN-in nümayəndə heyəti ilə görüşdü

Qazaxıstan daxili işlər nazirinin müavini - Milli Qvardiyanın Baş Komandanı, general-mayor Ansaqan Baltabekovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
 
DİN-in mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov nümayəndə heyəti ilə görüşüb.
 
Qonaqları salamlayan nazir V.Eyvazov hər iki dövlət başçılarının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq Azərbaycan və Qazaxıstan Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın və səmərəli işbirliyinin daha da dərinləşdiyini bildirib. O, ikitərəfli əlaqələrin, xüsusilə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə səylərin, qabaqcıl təcrübə və operativ informasiya mübadiləsinin, həmçinin yaradılan normativ-hüquqi bazanın xalqlarımızın və dövlətlərimizin mənafelərinə, bölgədə təhlükəsizliyin təmininə xidmət etdiyini vurğulayıb.
 
General-mayor Ansaqan Baltabekov səmimi görüşə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib, təmsil etdiyi qurumun əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu və bu istiqamətdə səylərini əsirgəməyəcəklərini qeyd edib.
 
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb.
 
Səfər çərçivəsində qazaxıstanlı qonaqlar Daxili Qoşunlar və polis orqanlarının fəaliyyəti ilə tanış olublar.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər