2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu üzrə 11 sifarişçi üzrə ümumilikdə 39,7 mln. manatın müxtəlif sifarişçilərin və ya bu funksiyanın həvalə edildiyi tabeli təşkilatların bank hesabında saxlayıb.
Hesablama Palatasından Moderator.az-a verilən məlumata görə, 2 sifarişçi üzrə 2024-cü ilin əvvəlinə bank hesabında saxlanılan 50 mln. manatdan il ərzində 4 mln. manat xərclənib. 46 mln. manat isə hesabat dövrünün sonunadək bank hesablarında saxlanılıb.
20 sifarişçi üzrə dövlət əsaslı vəsait qoyuluşunda nəzərdə tutulmuş vəsaitin 50%-dən çox hissəsi 4-cü rübdə icra edilib.
“BakuBus” MMC-yə ayrılan 105 milyon manat vəsaitin 73 milyon 165 min manatı 4-cü rübdə istifadə edilib. 4-cü rübdə icra edilmiş vəsaitin cəmi nəzərdə tutulmuş məbləğdə payı 69,4% təşkil edib.
Bundan əlavə Mədəniyyət Nazirliyinə ayrılan 598 min manat vəsaitin 411 min manatı 4-cü rübdə istifadə olunub. İlin sonunda icra edilmiş vəsaitin cəmi nəzərdə tutulmuş məbləğdə payı 68,7% olub.
Ədliyyə Nazirliynə ayrılan 15,434 min manat vəsaitin 8,373 min manatı ilin son rübündə xərclənib. İcra edilmiş vəsaitin cəmi nəzərdə tutulmuş məbləğdə payı 54,3 % olub.
“Bakı Metropoliteni” QSC nəzərdə tutulan 106,711 min manat vəsaitin 60,664 min manatını ilin sonunda xərcləyib. İcra edilmiş vəsaitin cəmi nəzərdə tutulmuş məbləğdə payı 56 % olub.