Bizi sosial şəbəkələrdən izləyin:
“Yeni nəsil “Azərbaycan dili” dərsliyində bəzi yeni terminlər istifadə olunub. Məsələn, buraya hiperonim, hiponim və morfem kimi anlayışlar əlavə edilib”.
Moderator.az "Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu barədə 2025-2026-cı tədris ilində ümumtəhsil müəssisələrinin 6-cı siniflərində tətbiq olunacaq yeni nəsil “Azərbaycan dili” dərslik komplektinin məzmun və tədris texnologiyasının xüsusiyyətlərinin müzakirəsinə həsr edilmiş vebinarda “Azərbaycan dili” dərsliklərinin müəllifi, layihə rəhbəri Rafiq İsmayılov səsləndirib.
O qeyd edib ki, sözün aid olduğu ümumi məna hiperonim, həmin söz isə hiponim adlanır, morfem isə ön şəkilçi anlayışıdır:
“Məsələn, bu günə kimi “şalvar-köynək” yaxınmənalı söz olaraq qəbul edilirdi. Şagirdlər isə deyirdi ki, axı “şalvar-köynək” yaxınmənalı söz deyil. Yeni dərslikdə isə “şalvar-köynək” geyim hiperoniminə aid hiponim olaraq təqdim edilib. Eləcə də “duz-çörək” yaxınmənalı yox, qida hiperoniminə aid hiponimdir. Morfem isə söz önündə işlədilən bi-, a-, anti-, vitse- kimi şəkilçilərdir”.