Masallıda 10 mindən çox abonentin qazı kəsiləcək
Cəmiyyət
326
14:45, Bu gün

Masallıda 10 mindən çox abonentin qazı kəsiləcək

Masallının bir sıra ərazilərinin qaz təchizatı dayandırılacaq.
 
Moderator.az bildirir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
 
Bildirilib ki, Masallı rayonu ərazisində yerləşən sənaye və əhali polietilen qaz xətlərində aşkar olunmuş qaz sızmalarını aradan qaldırmaq məqsədilə 10.09.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək Təklə, Əhmədli, Sığıncaq, Xoşçobanlı, Stansiya Masallı, Ləngan, Mollahəsənli, Həsənli, Hacıtəpə, Xırmandalı, Köçəkli, Ərəb, Təkdam, Məmmədxanlı, Xallı-Callı, Kürdəbaz, Qədirli, Qarğalıq, Eminli, Viləş, Yeddioymaq-1, Yeddioymaq-2, Şıxlar, Qasımlı, Qızılağac, Alışanlı, Bala Təklə və Səmidxan-1 kəndlərinin ümumilikdə 10 300 abonentinin və 37 sənaye obyektinin qaz təchizatının dayandırılması planlaşdırılır.
 
"Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş edirik", - məlumatda deyilir.
 
Link kopyalandı!
Son xəbərlər