Bizi sosial şəbəkələrdən izləyin:
Sumqayıtda məktəbli vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.
Qeyd olunub ki, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 8-ci sinif şagirdi Əli Mehdizadə dünyasını dəyişib.
Onun uzunsürən ağır xəstəlikdən sonra vəfat etdiyi bildirilib.