Sumqayıtda 1200 abonentin qazı kəsiləcək
Cəmiyyət
630
10:33, Bu gün

Sumqayıtda 1200 abonentin qazı kəsiləcək

Sumqayıtın bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq.
 
Moderator.az bildirir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.
 
Qeyd edilib ki, sentyabrın 9-da saat 11:00-dan etibarən, balans qovşaqlarında aparılan yenidənqurma işləri və tənzimləyici şkafın ləğv edilməsi ilə əlaqədar Sumqayıt şəhərinin 15-ci və 36-cı məhəllələrində qaz təchizatında məhdudiyyətlər olacaq. 
 
İşlər tamamlanana qədər ümumilikdə 1200 abonentin qaz təchizatı dayandırılacaq.
 
Link kopyalandı!
Son xəbərlər