2026-cı ildə Azərbaycanda AQEM-in zirvə toplantısı keçiriləcək
Cəmiyyət
326
10:29, Bu gün

2026-cı ildə Azərbaycanda AQEM-in zirvə toplantısı keçiriləcək

2026-cı ilin payızında Azərbaycanın sədrliyi altında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə toplantısının da keçirilməsi planlaşdırılır.
 
Moderator.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində deyilir.
 
Dövlət başçısı qeyd edib ki, Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən AQEM regionda etimadın gücləndirilməsi və ölkələrarası əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətli bir təsisatdır:
 
"Azərbaycan AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinə böyük məsuliyyətlə yanaşır. Sədrliyimizin fəaliyyəti "Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı artım" mövzusu üzərində qurulur".
Link kopyalandı!
Son xəbərlər