Cəmiyyət
255
12:16, Bu gün

"Atam son nəfəsinə qədər qardaşım Çingizi pis vərdişlərdən uzaqlaşdıra bilmədi" - FOTO

"Atamın hər sözündə, sitatında ailə sözü mütləq ki, var. Həmin o sözlərdən bu gün avtomobil siqnallarında, telefon zənglərində istifadə edilir. Atam deyirdi ki, "mən şofer Məmmədağanın oğluyam, sən isə Azərbaycanın xalq artisti Siyavuş Aslanın oğlusan" (gülür). Bu sözü məni qürurlandırırdı, fərəhləndirirdi"
 
Bunu Medianews.az-a açıqlamasında xalq artisti, mərhum aktyor Səyavuş Aslanın oğlu Eldar Aslan deyib.
 
Sənətkarın oğlu atasının arzuladığı rolları oynadığını bildirib:
 
"Atamdan yetəri qədər istifadə olundu. Hansı ki, o istiqamətdə həqiqətən də atam çalışmaq istəyirdi. Rejissorlar növbəyə düzülürdü ki, onu çəksinlər. Ssenarilərin əksəriyyətini oxuya bilmirdi, qoyurdu kənara. Fiziki baxımdan çatdıra da bilmirdi. Mən hesab edirəm ki, o tam istədiyi rolları oynaya bilmişdi. Əksər hallarda filmlərdən imtina edirdi. Bəzi hallarda isə sırf kollektivə görə razılıq verirdi. Çünki orada elə aktyorlar var idi ki, dostları idi".
 
 
Eldar Aslan bildirib ki, atasının ən böyük arzularından biri qardaşı Çingizin pis vərdişlərdən uzaqlaşması idi:
 
"Çingizin sağlamlığı atam üçün çox önəmli idi. Həyatının əksər vaxtlarını onun tərbiyəsi ilə məşğul idi, onun arxasınca düşürdü. Hər tərəfdən çalışırdı ki, Çingiz pis vərdişlərdən uzaq olsun, düz yola gəlsin, həyatını normal insan kimi yaşasın. Onun ən böyük arzularından biri Çingizin normal bir övlad kimi yetişməsi idi. Mənim üstümdə çox titiz idi, əsirdi. Yaxşı ki, belə də etdi. Sağlam formada məni böyüdüb boya-başa çatdıra bildi. Mən universiteti bitirib hərbi xidmətə getdim, diplomlarımı aldım, dillər öyrəndim, iş sahibi oldum. Ailə həyatı qurdum, övladlarım doğuldu. Həyatımı normal bir insan kimi yaşayırdım. Məndən rahat, arxayın idi. Böyük arzularından biri Çingiz idi. Atamın son nəfəsinə qədər Çingizlə bağlı arzusu ürəyində qaldı. Çingiz bərbad olub dünyadan köçdü. Həyat bizi çətin bir vəziyyətə saldı. Mən bir tərəfdə qaldım, o bir tərəfdə".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər