Dövlət İmtahan Mərkəzi bu gün əlavə imtahanlar keçirib
Cəmiyyət
189
13:30, Bu gün

Dövlət İmtahan Mərkəzi bu gün əlavə imtahanlar keçirib

Dövlət İmtahan Mərkəzi (DİM) 2025-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 7-də əlavə imtahan keçirib.

Bu barədə Moderator.az-a DİM-dən bildirilib.

Bundan başqa, Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı veriblər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunub.

İmtahanların idarə olunması üçün 10 imtahan rəhbəri, 7 ümumi imtahan rəhbəri, 52 nəzarətçi, 7 buraxılış rejimi (mühafizə) əməkdaşı və 7 bina nümayəndəsi ayrılıb.

İmtahan nəticələri 5 gün ərzində elan olunacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər