Yer kürəsində zəif geomaqnit sahə pozuntusu başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası öz Telegram kanalında məlumat yayıb.
Orada qeyd olunub ki, pozuntunun səviyyəsi beşballıq şkala üzrə G1 (zəif) dərəcəsinə çatıb. İnstitutun mütəxəssisləri bildiriblər ki, maqnit qasırğası gözlənilən koronal dəliklərin genişlənməsi və öncədən az ehtimal edilən plazma tullantıları fonunda başlayıb.
“Yaxın 1–2 saat ərzində qütb parıltılarının görünmə ehtimalı artacaq, lakin əsasən ölkənin şimal-qərb hissəsində”, - paylaşımda deyilir.
Laboratoriya mütəxəssisləri xəbərdarlıq ediblər ki, həftəsonu ərzində geomaqnit fon yüksək olaraq qalacaq və G1–G2 səviyyəsində lokal maqnit qasırğaları baş verə bilər. Yeni həftənin əvvəlində isə maqnitosfer sakitləşəcək.