Bəzi rayonlara leysan yağıb - FAKTİKİ HAVA
Cəmiyyət
409
12:17, Bu gün

Bəzi rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Azərbaycan ərazisində sentyabrın 6-da saat 12:00-a olan faktiki hava açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən məlumata görə, bəzi yerlərdə yağıntılar leysan xarakterli olub.
 
Belə ki, düşən yağıntının miqdarı Daşkəsəndə 10, Gədəbəydə 6, Göygöldə 5, Tərtərdə 3, Bərdə və Yevlaxda 2, Kəlbəcər, Laçın, Qubadlı, Qusar, Quba, Xaltan, Şabran, Gəncə, Zaqatala, Balakən, Tovuz, Şəmkir, Oğuz, Qax, Naftalan, Göyçay, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər