Bizi sosial şəbəkələrdən izləyin:
"El şənliklərimiz və yas mərasimlərimiz adət-ənənələrimizə zidd formada təşkil olunur, israfçılıq az qala həyat tərzinə çevrilməkdədir".
Moderator.az "Report"a istinadla xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli təşkilatda baş tutan toy və yas mərasimlərində israfçılıqdan çıxış yolunun tapılması üçün ictimai diskussiyada deyib.
Onun sözlərinə görə, bütün bunlar süni marketinq yolu ilə həyata keçirilir:
"Bununla bağlı sosial mediada da davamlı müzakirələrin aparıldığının şahidiyik. Məqsədimiz odur ki, ictimai qınağı gücləndirək, maarifləndirmə işinə təkliflər verək".
Z.İbrahimli deyib ki, bu məsələlər inzibati yollarla deyil, şüurlu özünüdərk şəklində həyata keçirilməlidir.