DYP avtomobil axınının artması ilə əlaqədar sürücülərə müraciət etdi
Cəmiyyət
177
09:22, Bu gün

DYP avtomobil axınının artması ilə əlaqədar sürücülərə müraciət etdi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi həftəsonları paytaxtdan bölgələrə gedən avtomobil axınının artması ilə əlaqədar sürücülərə müraciət edib.
 
Moderator.az xəbər verir ki, müraciətdə  deyilir:
 
"Magistral və əsas yollarda hərəkət intensivliyinin yüksəlməsi qəza ehtimalını artırır və bu səbəbdən sürücülərin daha diqqətli, məsuliyyətli davranması vacibdir. Yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığı, xüsusilə təkərlərin, işıq cihazlarının və əyləc sisteminin vəziyyəti mütləq yoxlanılmalıdır. Eyni zamanda, sürət həddinə əməl edilməsi, sükan arxasına yorğun və yuxusuz halda əyləşməmək, uzun məsafələrdə isə fasilələrlə istirahət etmək təhlükəsizliyin əsas şərtlərindəndir.
 
Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, yol hərəkəti qaydalarına əməl olunmaması inzibati məsuliyyət yaratmaqla yanaşı, insan həyatının itirilməsi ilə nəticələnən ağır faciələrə də səbəb olur".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər