Cəmiyyət
298
09:16, Bu gün

"Göbək iynəsi" faciəsi - 60 kilo arıqlayan həkim bundan komaya düşübmüş  

Bir neçə gün öncə mədəkiçiltmə əməliyyatı keçirən və 60 kiloqram arıqlayan oftalmoloq həkim Aytən Sultanovanın vəziyyəti ağır olaraq qalır. Məlum olub ki, o, arıqlamaq məqsədilə sonradan “göbək iynəsi”ndən də istifadə edib və hazırda komada həyatla mübarizə aparır.
 
Moderator.az xəbər verir ki, bu barədə şairə-tamada Nazilə Səfərli məlumat yayıb. O, qadınlara müraciət edərək xəbərdarlıq edib:
 
“Qadınlar, ehtiyatlı olun! Göbək iynələri vurmayın!
 
Mənim çox sevdiyim Aytən həkim mədəsini kəsdirib, ardınca da o bahalı ‘göbək iynəsi’ndən vurub ki, lap fit olsun. 60 kiloqram çəki atıb. Bu, normal deyil. İndi komada həyat mübarizəsi aparır. Ona dua edək. Allah onu gözəl balalarına bağışlasın. Sadəcə un və şəkəri rasiondan çıxarmaqla da sağlam arıqlamaq mümkündür.
 
Əslində, özgüvən olsa, çəki problem deyil. Özünüzü qoruyun, evlər qadınsız qalmasın”.
 
Qeyd edək ki, son illərdə arıqlamaq üçün istifadə olunan “göbək iynəsi” tibbi dildə GLP-1 analoqları adlanan preparatlardır. Onların ən tanınmışları Ozempic (semaglutid) və Saxenda (liraglutid) preparatlarıdır. Əslində, bu dərmanlar şəkərli diabetin müalicəsi üçün hazırlanıb. Sonradan isə iştahı azaltması və sürətli arıqlamaya səbəb olması səbəbilə geniş yayılıb.
 
Araşdırmalara görə, bu preparatlar 1 il ərzində insanın bədən çəkisinin 10–15 faizini azaltmağa kömək edə bilir. Amma nəticə fərdidir və yalnız həkim nəzarəti, pəhriz və fiziki aktivliklə birlikdə effektiv olur.
 
Həkimlər dəfələrlə xəbərdarlıq edirlər ki, bu iynələrin özbaşına istifadəsi təhlükəlidir. Hormonal vəziyyət, xroniki xəstəliklər, qaraciyər və mədəaltı vəzi sağlamlığı nəzərə alınmadan tətbiq olunduqda ciddi fəsadlara yol aça bilər. /Musavat.com/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər