23:33
24°C
Bakı
Horadiz–Ağbənd dəmir yolunun tikintisinin 2026-cı ildə tam başa çatdırılması planlaşdırılır.
Moderator.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin ("Tramp marşrutu") reallaşdırılması məqsədilə Azərbaycan dövləti tərəfindən Horadiz–Ağbənd dəmir yolunun tikintisi aparılır: "Dəmir yolu xəttinin layihələndirilməsi işləri 84 %-i, tikinti-quraşdırma işlərinin 67 %-i başa çatdırılıb".