Paytaxtın iki ünvanında təmir işləri aparılacaq - Sürücülərin nəzərinə!
Cəmiyyət
252
15:45, Bu gün

Paytaxtın iki ünvanında təmir işləri aparılacaq - Sürücülərin nəzərinə!

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı şəhərinin bəzi yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqdır (tam bağlanma nəzərdə tutulmur). 
 
Bu barədə Moderator.az-a  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 
 
Qismən məhdudlaşacaq yollar:
 
- 07 sentyabr 2025-ci il tarixindən etibarən, təmir işləri başa çatanadək Nərimanov rayonu, Xətai prospektinin Mirəli Qaşqay küçəsindən Nurəddin Süleymanov küçəsinədək olan hissəsində;
 
-07 sentyabr 2025-ci il, saat 07:00-dan 22:00-dək Nəsimi rayonu, Rövşən Cəfərov küçəsinin yan yolunda (20 Yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində).
 
"Bu səbəbdən, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən ərazilərdə hərəkət zamanı ehtiyatlı olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi riayət etmələri, imkan daxilində alternativ marşrutlara üstünlük vermələri xahiş olunur. Yaranan müvəqqəti narahatlığa görə üzr istəyir, anlayışınız üçün təşəkkür edirik", - məlumatda qeyd olunub. 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər