Bu avtobusların idxalı üçün yeni gömrük rüsumu müəyyənləşdi
Cəmiyyət
169
14:55, Bu gün

Bu avtobusların idxalı üçün yeni gömrük rüsumu müəyyənləşdi

"Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilib.
 
Moderator.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb
 
Oturacaqsız, tutacaqsız və monitor quraşdırılmamış olan elektrik mühərriklə hərəkətə gətirilən avtobusların hər ədədi üçün 15 faiz idxal gömrük rüsumu müəyyənləşib.
 
Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında da dəyişiklik edib. Qərara əsasən, İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə idxal olunan oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobuslar idxal gömrük rüsumuna cəlb olunmayacaq.
 
Bu Qərar 2025-ci il avqustun 1-dən tətbiq edilir və 2027-ci il 1 yanvar tarixinədək qüvvədədir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər