Bizi sosial şəbəkələrdən izləyin:
Kredit ödənişində gecikmə və ya ödənişin tam mümkün olmaması hər kəs üçün stressli və narahatlıq doğuran vəziyyətdir. Bu halda borclu şəxslər qarşısında hüquqi və maliyyə baxımından bir sıra nəticələr yaranır. Azərbaycanda krediti vaxtında qaytara bilməyən şəxsləri hansı cəzaların gözləyir?
Mövzu ilə bağlı Milli.az-a hüquqşünas Ramil Süleymanov açıqlama verərək bildirib ki, əgər kredit borcu olan şəxs kredit borcunun ödəmə vaxtı çatdıqdan sonra, kreditorun xatırlatmasına baxmayaraq, banka olan kredit borcunu ödəməsə o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır:
"Borclu ilə borc verən arasında hər hansı kredit münasibətlərindən sonra kreditin ödənilməsi gecikirsə, ödənilmirsə bununla bağlı məhkəməyə müraciət etmək olar. Məhkəmənin qərarı qanuni qüvvəsini almış olur. Vətəndaş qətnaməni qərəzli şəkildə ödəməkdən boyun qaçırarsa, birinci icra məmuru bunu isbatlamalıdır ki, şəxs borcu ödəməkdən boyun qaçırır. Əgər gecikmə varsa, icra məmuru tərəfindən məsuliyyətə cəlb olunması üçün təqdimat verilir. Məhkəmə həmin təqdimata əsasən, cərimə də tətbiq edə bilər. Vətəndaş bundan sonra da hər hansı şəkildə qərarın icrasından yayınırsa, bu halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən materialı toplayır və məhkəməyə təqdim edir. Məhkəmə belə olduğu tədqirdə azadlıqdan məhrum etmə cəzası deyil, cərimə cəzasını tətbiq edə bilər. Heç kim borca görə həbs oluna bilməz. Konkret olaraq borc öhtəliyinə görə müştərinin həbsi nəzərdə tutulmur. Sadəcə məhkəmə qətnaməsinin icra edilməməsinə görə, qanunvericilikdə belə bir tədbirlər var".