Deputatlar spikerə müraciət etdilər - Bu tarixdə xüsusi iclas keçiriləcək
Cəmiyyət
212
12:28, Bu gün

Deputatlar spikerə müraciət etdilər - Bu tarixdə xüsusi iclas keçiriləcək

Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.
 
Moderator.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Milli Məclisin sədri Sahibə Qafarova müraciəti nəzərə alaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.
 
Sərəncama əsasən, sentyabrın 9-da Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclas keçiriləcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər