“Bunlar nəzərə alınmayıb, ona görə də...” - İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasındakı təmir işləri nə vaxt bitir? - ÖZƏL
Cəmiyyət
266
16:30, Bu gün

“Bunlar nəzərə alınmayıb, ona görə də...” - İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasındakı təmir işləri nə vaxt bitir? - ÖZƏL

“Biz məzuniyyətdən sentyabr ayının 12-də qayıdırıq. 12-də ilk iş günümüzdür. Binəqədi Mərkəzi Mədəniyyət evində iclasımız olacaq. Ondan sonra da işimizə davam edəcəyik”.

Bunu Moderator.az-a açıqlamasında İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev deyib.

O daha sonra teatrın binasındakı təmir işlərindən danışıb:
 

“Hazırda binamızın təhvil verilməsi istiqamətində işlər davam etdirilir. Təhvil veriləndən sonra öz binamızda, ona qədər isə mədəniyyət evində fəaliyyət göstərəcəyik. Təmir işləri bilirsiniz ki, 2019-cu ildən başlayıb. Demək olar ki, təhvil verilmə ərəfəsinə qədər iş aparılıb. Təbii ki, orada nöqsanlar var. O mənada nöqsanlar ki, bu mədəniyyət sarayı teatr binasına çevriləndə bəzi teatrın spesifikasına uyğun məsələlər gözdən qaçıb. Amma onlarsız da teatrın səhnədə fəaliyyətini davam etdirmək olar. Onlar sonrakı mərhələdə də həll oluna bilər. Güman edirəm ki, bunlar nəzərə alınaraq teatrın binası təvhil veriləcək və biz də orada fəaliyyətimizi davam etdirəcəyik. Əlbəttə ki, ən böyük arzumuz isə teatrın doğma İrəvanda fəaliyyət göstərməsidir. İnanırıq və əminik ki, bu arzumuz da reallaşacaq” deyə teatrın direktoru İftixar Piriyev bildirib.

Qeyd edək ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1882-ci ildə fəaliyyətə başlayıb. Teatrın ilk illərində səhnəyə həvəskar aktyorlar çıxsa da, daha sonra sənət ocağı sənətkarları ilə tanınıb. Teatr dəfələrlə bağlanıb və yenidən açılıb. 2019-cu ildə cənab prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasının əsaslı təmiri və yenidən qurulması ilə bağlı sərəncam imzalayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər