17:19
32°C
Bakı
Sabah Salyan şəhərinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Moderator.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, diametri 159 mm-lik "Şəhər dairəvi" orta təzyiqli daşıyıcı qaz kəmərində kipliyin sınağı keçiriləcək.
Bu məqsədlə saat 09:30-dan etibarən sınaq işləri başa çatanadək Salyan şəhər mərkəzində (ümumi 3981 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.