Xaçmazda 10 mindən çox abonentin qazı kəsiləcək
Cəmiyyət
181
09:50, Bu gün

Xaçmazda 10 mindən çox abonentin qazı kəsiləcək

Bu gün Xaçmaz rayonunun bir sıra yaşayış məntəqələrində qaz olmayacaq.
 
Moderator.az "Azəriqaz"a istinadən xəbər verir ki, Xaçmaz xidmət sahəsinin Xudat Qazpaylayıcı stansiyasından qidalanan Xudat şəhəri istiqamətində istismarda olan PE 315 mm-lik yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması ilə əlaqədar 03.09.2025-ci il tarixdə saat 09:30-dan etibarən işlər yekunlaşanadək qaz təchizatının daxildən dayandırılması planlaşdırılıb.
 
Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə 1 şəhər, 1 qəsəbə və 26 kənd olmaqla ümumilikdə 10 190 abonentin qaz təchizatında fasilə yaranacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər