Azərbaycanın paralimpiya çempionuna nazirlikdə vəzifə verildi
Cəmiyyət
341
14:25, Bu gün

Azərbaycanın paralimpiya çempionuna nazirlikdə vəzifə verildi

Azərbaycanın paralimpiya çempionu Şəhanə Hacıyevaya Fövqəladə Hallar Nazirliyində (FHN) vəzifə verilib.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı nazir Kəmaləddin Heydərov əmr imzalayıb.
 
Əmrə əsasən, dövlət qulluqçusu FHN-in Sumqayıt Regional Mərkəzinin Maarifləndirmə sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilib.
 
Qeyd edək ki, Şəhanə Hacıyeva (48 kq) 2021-ci ildə keçirilmiş Tokio Yay Paralimpiya Oyunlarında cüdo yarışında qızıl medal əldə edib. Əməkdar idman ustası Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən, XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər