Naxçıvan şəhərinə elektrik enerjisinin verilişində fasilələr olacaq
Cəmiyyət
569
12:58, Bu gün

Naxçıvan şəhərinə elektrik enerjisinin verilişində fasilələr olacaq

Naxçıvan şəhərində "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Naxçıvan Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən 2025-26-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş tədbirlər planına əsasən, təmir-bərpa işləri aparılacaq.
 
Bu barədə Moderator.az-a Azərişıq" ASC-nin RETSİ tərəfindən məlumat verilib.
 
Bildirilib ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri nəzərdə tutulub.
 
Bu səbəbdən şəhərin bəzi ərazilərində və müxtəlif vaxtlarda elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər