DYP-dən velosiped sürənlərə MÜRACİƏT
Cəmiyyət
410
12:02, Bu gün

DYP-dən velosiped sürənlərə MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi velosiped idarə edənlərə müraciət edib.
 
Moderator.az xəbər verir ki, müraciətdə deyilir:
 
"Ölkəmizdə sağlam həyat tərzinin təşviqi və ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi kimi velosipeddən istifadənin artması sevindirici haldır. Lakin unudulmamalıdır ki, velosipedçilər də yol hərəkətinin bərabərhüquqlu iştirakçılarıdır və müəyyən edilmiş qaydalara əməl etməyə borcludurlar.
 
Son vaxtlar müşahidələr göstərir ki, bəzi velosipedçilərin yol hərəkəti qaydalarını pozması nəticəsində xoşagəlməz hadisələr baş verir, bu isə onların xəsarət alması, bəzən isə həyatını itirməsi ilə nəticələnir.
 
Xatırladırıq ki, velosiped sürərkən əlləri sükandan çəkərək telefonla danışmaq yolverilməzdir. İstiqaməti dəyişərkən və ya yolayrıcında dönərkən qəfil manevrlərə yol verilməməli, digər hərəkət iştirakçıları əvvəlcədən əl işarəsi ilə xəbərdar edilməlidir. Bundan başqa, xüsusi velosiped zolaqları olan yerlərdə yalnız həmin zolaqlardan, digər hallarda isə yolun sağ kənarından istifadə olunması vacibdir.
 
Unutmayın ki, yol hərəkəti qaydalarına riayət etmək – həyatınızı qorumağın ən etibarlı yoludur".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər