DİQQƏT: Bakıda bəzi yollar nəqliyyatın hərəkəti üçün qismən MƏHDUDLAŞDIRILACAQ
2090
30 Aug 2025 | 20:07

DİQQƏT: Bakıda bəzi yollar nəqliyyatın hərəkəti üçün qismən MƏHDUDLAŞDIRILACAQ

30 avqust saat 22:00-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış "Formula-1" yarışları bitənədək nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Oxu.Az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Məhdudiyyətlər 19-21 sentyabr tarixlərində keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisi 2025-ə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır.

Qeyd edək ki, məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək və yarış ərəfəsində digər küçə və prospektlərdə də müəyyən dəyişikliklər olacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər