22:41
21°C
Bakı
"Necə olmalıdır?" rubrikasının növbəti buraxılışı yayımlanıb.
Bu dəfə Xırdalan şəhərinin Heydər Əliyev prospektində sürücü və piyadalar üçün təhlükə yaradan vəziyyətdən danışılıb.
Bildirilib ki, prospektin əksər hissəsində elektrik dirəkləri olsa da, işıq dirəkləri mövcud deyil. Bu da sürücü və piyadalar üçün ciddi təhlükədir. Bundan əlavə, piyada keçidlərinin boyası silindiyinə görə sürücülər və piyadalar üçün təhlükə daha da artır.
Buraxılışda Xırdalanda əhali sıxlığını nəzərə alaraq prospektin qısa zamanda işıqlandırılmasının vacibliyi vurğulanıb.
Ətraflı Baku TV-nin videomaterialında: