Laçında insan skeleti tapıldı
Cəmiyyət
1293
10 Jul 2025 | 21:50

Laçında insan skeleti tapıldı

Laçında insan skeletinin qalıqları tapılıb.

Moderator.az-ın Report-a istinadən xəbərinə görə, insan sümüklərinin qalıqları rayonun Hoçaz kəndində aşkarlanıb.

Belə ki, kənd sakini köhnə evlərinə qalxmaq üçün yol düzəldərkən skelet qalıqları tapıb.

Sümük qalıqları tapıldıqdan sonra sakin ərazidə qazıntı işini saxlayıb. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Link kopyalandı!
Son xəbərlər