Kazino oyunlarının sığortalanmasına icazə verilməyəcək
1338
18 Jun 2025 | 14:58

Kazino oyunlarının sığortalanmasına icazə verilməyəcək

Lisenziya əsasında təşkil edilən kazino oyunlarında iştirakla bağlı mənafelər sığorta obyekti ola bilməz.
 
Moderator.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.
 
Layihəyə əsasən, lisenziya əsasında təşkil edilən kazino oyunlarından irəli gələn tələb də müəyyənləşir. Kazino oyunlarının təşkili üçün lisenziyanın qanunla nəzərdə tutulmuş hallarda dayandırılması və ya ləğvi lisenziya əsasında təşkil edilən kazino oyunlarında uduş qazanmış şəxsin həmin uduşun kazino təşkilatçısından tələb edilməsinə dair hüququnu istisna etmir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər