19:24
6°C
Bakı
Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti üzrə qabiliyyət imtahanları iyunun 23-dən etibarən start götürəcək. Bu istiqamət üzrə qabiliyyət imtahanları Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbdə təşkil ediləcək.
Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları isə iyulun 1-dən etibarən keçirilməyə başlanılacaq.
Qeyd: İmtahana buraxılış vərəqələri imtahan tarixləri və komissiyalar üzrə mərhələli şəkildə (imtahana ən az beş gün qalmış) abituriyentlərin qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçdikləri səhifələrinə yerləşdiriləcək.