Qaz təchizatı sektorunda dövlət proqramlarıxa0qəbul ediləcək
1366
10 Jun 2025 | 16:09

Qaz təchizatı sektorunda dövlət proqramlarıxa0qəbul ediləcək

Qaz təchizatı sektorunun inkişafı məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qısamüddətli (5 il müddətinə), orta müddətli (5 ildən 10 ilədək müddətə) və uzunmüddətli (10 ildən yuxarı müddətə) dövlət proqramları qəbul ediləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Qaz təchizatı haqqında” yeni qanun layihəsində öz əksini tapıb.  
 
Qanun layihəsinə əsasən, yuxarıda nəzərdə tutulmuş dövlət proqramı layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirmə sənədi hazırlanacaq və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçiriləcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər