Bayram günlərində təcili tibbi yardıma neçə müraciət daxil olub?
1301
10 Jun 2025 | 14:58

Bayram günlərində təcili tibbi yardıma neçə müraciət daxil olub?

Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışıb.
 
Moderator.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
 
Qeyd olunub ki, bayram günlərində "103" çağrı mərkəzinə Bakı şəhəri üzrə 7 872 çağırış daxil olub. Ən çox çağırış (2 035) iyunun 8-də qeydə alınıb. 797 nəfər müvafiq tibb müəssisələrinə təxliyə olunub. Digərlərinə çağırış ünvanında ilkin tibbi yardım göstərilib.
 
Müraciət səbəbləri əsasən, arterial təzyiq, kardioloji problemlər, halsızlıq, müxtəlif növ travmalar və s. ilə bağlı olub.
 
Link kopyalandı!
Son xəbərlər