Daha iki tiktoker ev dustaqlığına buraxıldı
1456
03 Jun 2025 | 19:50

Daha iki tiktoker ev dustaqlığına buraxıldı

Nərimanov Rayon Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən tiktokerlər - "Xan" ləqəbli Əsgər Əlizadə və Nuh Məmmədzadənin barələrində olan həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.
 
Təqsirləndirilən şəxslərin vəkili Yusif Seyfəlov Oxu.Az-a bildirib ki, prosesdə vəsatət təmin edilib və hər iki tiktoker ev dustaqlığına buraxılıb.
 
Qeyd edək ki, bir neçə gün öncə "Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadə də ev dustaqlığına buraxılmışdı.
Link kopyalandı!
Son xəbərlər