Bizi sosial şəbəkələrdən izləyin:
Antalyadan olan 5 nəfərlik alpinist qrupdan Mehmet Kocaakça və Kazım Gülər u200bu200bRusiyanın Elbrus dağının zirvəsində hipotermiya səbəbilə dünyasını dəyişib.
Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xilasetmə qruplarının müdaxiləsi ilə 3 alpinist xilas edilib.
Məlumata görə 5 nəfərlik qrup bazar günü Rusiyaya gedib. Onlar Rusiyada hündürlüyü 5642 metr olan məşhur Elbrus dağına çıxıblar.