Kənar Dairəvi yolda yük avtomobili YANDI
Cəmiyyət
1421
26 Mar 2025 | 21:22

Kənar Dairəvi yolda yük avtomobili YANDI

Bakı şəhərində Yasamal rayonu, Kənar Dairəvi yolda avtomobil yanıb.
 
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
 
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "Ford" markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
 
Yanğın nəticəsində "Ford" markalı yük avtomobilinin mühərrik və kabinə hissəsi yanıb.
 
Avtomobilin qalan hissəsi və yük hissəsinə yığılmış mallar yanğından mühafizə olunub.
 
Həmin görüntüləri təqdim edirik:
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər