Dənizdə dalğanın hündürlüyü 4 metrə çatdı - FAKTİKİ HAVA
Cəmiyyət
1059
20 Mar 2025 | 18:45

Dənizdə dalğanın hündürlüyü 4 metrə çatdı - FAKTİKİ HAVA

Martın 20-si saat 18:00-a olan faktiki hava məlumatı yayılıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən məlumata əsasən, hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Culfada saniyədə 21 metrədək, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Naftalanda saniyədə 18 metrədək, Naxçıvanda saniyədə 15 metrədək güclənib.
 
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir.
 
Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Kürdəmir, Göyçay, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Hacıqabul, Beyləqan, Yardımlı, Lerik və Astarada fasilələrlə yağış yağır.
 
Gədəbəy və Şahdağda isə arabir qar yağması müşahidə olunur.
 
Link kopyalandı!
Son xəbərlər