Bizi sosial şəbəkələrdən izləyin:
Masallı Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini, iqtisadçı alim İsa Nuriyev vəfat edib.
Moderator.az bildirir ki, bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.
İ.Nuriyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhum rayonun Musakuçə kənd qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, İ.Nuiyev 1956-cı ildə anadan olub. Uzun illər Masallı Rayon İcra Hakimiyyətində çalışıb.
Daha sonra Masallı Aqrar Sənaye Kompleksinin sədr müavini olub.