Bizi sosial şəbəkələrdən izləyin:
Novruz Bayramı ərəfəsi Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 386 reys həyata keçirilib.
Bakı Beynəlxalq Avtovağzalından Moderator.az-a verilən məlumata görə, 14 000-dən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb ki, bu da son iki ilin rekord göstəricisidir.
"Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150 reys həyata keçirilib. Sərnişinlərin 45%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb."- qurumdan bildirilib.
Bayram günlərində paytaxtdan bölgələrə və əks istiqamətə sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən onlayn qaydada əldə etmələri tövsiyə olunur.
Qeyd edək ki, bayramla əlaqədar bütün avtovağzal və avtostansiyalar martın 19-dan gücləndirilmiş iş rejimində çalışır.