Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycana yaz fəsli daxil oldu.
Moderator.az bildirir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, yaz fəslinin Azərbaycana daxil olması saat 13:01:25-ə təsadüf edib.
Martın 20-si gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika (Günəşin illik zahiri hərəkət yolu) üzrə hərəkət edərək, ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir. Həmin andan şimal yarımkürəsində asrtonomik yaz, cənub yarımkürəsində isə payız fəsli başlayır.
Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.