Bu hava limanları fəaliyyətini  DAYANDIRDI 
Cəmiyyət
1351
20 Mar 2025 | 08:20

Bu hava limanları fəaliyyətini  DAYANDIRDI 

 Rosaviatsiya Samara və Saratov hava limanlarının işini müvəqqəti məhdudlaşdırıb
 
Moderator.az xəbər verir ki, Rosaviatsiya nümayəndəsi Artem Korenyako bildirib ki, agentlik Samara və Saratov hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edib. Bu barədə TASS idarənin Telegram kanalına istinadən  məlumat yayıb.
 
 
Korenyakonun dediyi kimi, uçuşların təhlükəsizliyini təmin etmək üçün mülki təyyarələrin giriş-çıxışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. 
 
Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi qeyd edib ki, təyyarənin ekipajları, hava hərəkəti dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər. 
 
Daha əvvəl MK Voronej vilayəti üzərində 40-a yaxın PUA-nın vurulduğunu  bildirmişdi .
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər