Təşkilatın Siyasi Bürosu ərəb və müsəlman ölkələrini, dünyadakı azad insanları İsrail və onun müttəfiqi ABŞ-a qarşı təzyiqləri artırmağa səsləyib..."
HƏMAS təşkilatı İsrailin Qəzzada hərbi kampaniyanı bərpa etməsini pisləyən və bütün dünyada həmrəylik aksiyalarını gücləndirməyə çağıran bəyanat yayıb.
Moderator.az xəbər verir ki, bu barədə "cursorinfo.co" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, təşkilat ərəb və müsəlman ölkələrini, eləcə də dünyadakı azad insanları İsrailə və onun əsas müttəfiqi ABŞ-a qarşı təzyiqləri dərhal artırmağa səsləyib.
"Mehr" informasiya agentliyinin yaydığı bəyanatda HƏMAS İsraili faşist işğalçı hökumət adlandıraraq onu müqəddəs Ramazan ayında barbar təcavüz və soyqırım müharibəsi aparmaqda ittiham edib.
HƏMAS bir neçə etiraz üsulu təklif edir, bunlar dünyanın müxtəlif şəhərlərində Fələstin bayraqları ilə kütləvi yürüşlər keçirmək; İsrail və ABŞ-ın diplomatik missiyalarını mühasirəyə almaqdan ibarətdir.
Təşkilatın fikrincə, belə bir mühasirənin məqsədi İsrail və ABŞ-a hər cür vasitə ilə təzyiq göstərməkdir ki, onlar "Qəzza bölgəsində soyqırımı və təcavüzü dayandırsınlar".
Xatırladaq ki, dünən HƏMAS Siyasi Bürosunun üzvü İzzət ər-Rişq İsrailin yeni hava zərbələrinin Qəzzadakı israilli girovlar üçün "edam hökmü" olduğunu bildirib. Digər bir HƏMAS rəsmisi isə BMT və Təhlükəsizlik Şurasının təcili iclasa toplanmasını tələb edib və İsrailə qarşı tədbirlər görülməsini istəyib.
"HƏMAS-ı çaxnaşma bürüyüb: Qəzza üzərinə peycer kabusu çöküb..."
Qəzzada HƏMAS təşkilatında panika yaranıb. Təşkilatın təhlükəsizlik xidmətindəki mənbənin məlumatına görə, son 24 saat ərzində İsrailin hava zərbələri nəticəsində məhv edilən üzvlərinin əksəriyyəti telefon və sosial media hesablarından istifadə etdikləri üçün hədəfə çevrilib. Bu barədə "İsrael Hayom" qəzeti yazıb.
Bununla əlaqədar olaraq HƏMAS rəhbərliyi döyüşçülərə müvəqqəti olaraq telefon və internetdən istifadədən imtina etməyi əmr edib. Həmçinin təşkilatın yaydığı əlavə göstərişlərdə İsrail mediasına məhəl qoymamaq, şayiələrin yayılmasının qarşısını almaq və sosial şəbəkələrdə narazılıq bildirməkdən çəkinmək tələb olunur.