Bu il 19 şəhərdə sertifikatlaşdırma imtahanı keçiriləcək
Cəmiyyət
436
15:26, Bu gün

Bu il 19 şəhərdə sertifikatlaşdırma imtahanı keçiriləcək

Sertifikatlaşdırma imtahanında təqdim olunan suallar boş suallar deyil, onları müəllimlər cavablaya bilərlər.
 
Moderator.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli feysbukda canlı yayımda deyib.
 
O bildirib ki, prosesə cəlb olunmuş şəxsləri bir-birindən fərqləndirmək üçün bəzi suallar müəyyən ağırlıq təşkil edir.
 
“Bu da mümkünsüz deyil, buna görə 85% müəllim bu imtahandan uğurla keçib”, - deyə o əlavə edib.
 
N. İsmayılbəyli həmçinin qeyd edib ki, cari ildə ölkənin 19 müxtəlif şəhərində imtahanlar təşkil ediləcək ki, müəllimlər özlərinə uyğun məkanda imtahan versinlər.
 
 
Link kopyalandı!
Son xəbərlər