Prezident İlham Əliyevin müvafiq qərarı ilə 2025-ci ilin Konstitusiya və Suverenlik ili kimi qeyd edilməsi digər məsələlərlə yanaşı Konstitusiyaya da diqqəti artırıb, orada təsbit olunan insan hüquqlarının qorunması mövzusunu aktuallaşdırıb.
Konstitusiyanın müəyyən etdiyi vacib hüquqlardan biri də Əqli Mülkiyyət Hüququdur.
Konstitusiyanın 30-cu maddəsinə görə Azərbaycanda hər kəsin əqli mülkiyyət hüququ vardır və o qanunla qorunur. Ölkəmizdə əqli mülkiyyət hüququnun həyata keçirilməsi və qorunması ilə bağlı çoxsaylı qanunların qəbul olunmasına, Azərbaycan Respublikasının Əqli mülkiyyətlə bağlı beynəlxalq konversiyalara qoşulmasına, Əqli Mülkiyyət Agentliyinin yaranmasına və intensiv fəaliyyət göstərməsinə baxmayaraq əqli mülkiyyət hüququnun subyektləri, yaradıcı şəxslər öz hüquqlarını yaxşı bilmir əqli mülkiyyət obyektlərinin əmtəələşdirilərək öz yaradıcılıq məhsullarından maddi rifahlarının yaxşılaşdırılması üçün səmərəli istifadə edə bilmirlər. Əqli mülkiyyət məhsullarının istifadə edilməsində, hüquqların qorunmasında çox saylı mübahisələr yaranır, bu sahədə olan münasibətlər sistemi ilə bağlı problemlər ortaya çıxır.
Azərbaycan Respublikasında bədii, elmi, intelektual yaradıcılıq əsərlərinə müəlliflik hüququnun qorunması mədəniyyətin və incəsənətin inkişafına təkan verən, yaradıcı şəxslərin fəaliyyətini stimullaşdıran, onların maddi-mənəvi təminatına və sosial rifahının yaxşılaşmasına kömək edən ciddi amildir.
Sovet hakimiyyəti dövründə bütün növ intelektual mülkiyyət və onun nəticələri dövlətin inhisarında olduğu üçün əqli mülkiyyət hüququ ayrılıqda hüquq sahəsi və münasibətlər sistemi kimi mövcud deyildi. Müasir dünyada əqli mülkiyyət vacib iqtisadi, mədəni, mənəvi amil olduğuna görə əqli mülkiyyət məhsullarını yaratmaq və bazara çıxartmaq üçün mövcud münasibətləri düzgün, ədalətli tənzimləmək zərurəti yaranmışdır. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının yaradılması, “Stokholm Konvensiyası” nın qəbul edilməsi problemi beynəlxalq səviyyədə qorunan hüquqlar srasına çıxarmışdır.
Təəssüf ki, Azərbaycan dövlətinin və xalqının mədəni, elmi, bədii simasını formalaşdıran intelektual elita bu hüquqları qorumaq, reallaşdırmaq, bazara çıxarmaq mexanizmlərini bilmirlər. Bu imkanlardan yararlanmırlar. Yaradıcı ziyalıların öz ƏMH bilməsi, intelektual mülkiyyətdən səmərəli istifadə etməsi, yaradıcılıq imkanlarını bazara uyğunlaşdırması ölkəmizin mədəniyyətinin, incəsənitinin, ədəbiyyatının və elminin inkişafına ciddi təkan verə bilir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Qeyri-Hökumət Təşkilatları üçün Mədəni və Yaradıcı Sənayelərin Təşviqi üzrə 2024-cü il qrant müsabiqəsi çərçivəsində “Hüqüqi Tədqiqatlar Mərkəzi” İB-nin həyata keçirdiyi "Əqli mülkiyyət sahiblərinin potensialının gücləndirilməsi" layihəsinin əsas məqsədi də yaradıcı şəxslərin əqli mülkiyyət hüquqlarının qorunmasına, stimullaşdırılmasına, yaradıcılıq imkanlarının artırılmasına kömək etmək olmuşdur.
Bu məqsədlə Gəncə, Lənkəran, Zaqatala və Qazax şəhərlərində yaradıcılıq təşkilatlarının üzvləri, ali təhsil müəssisələrinin alimləri və rayon ictimaiyyətinin nümayəndələri üçün təlimlər təşkil edilmişdir.
Layihənin icrasında birbaşa 80 nəfərin iştirakı planlaşdırılsa da, onlarda 150 nəfərdən çox Yazıçılar Birliyinin, Bəstəkarlar İttifaqının, Rəssamlar İttifaqının, Elmlər Akademiyasının, Jurnalistlər Birliyinin üzvləri, Regional mədəniyyət idarələrinin əməkdaşları və ali təhsil müəssisələrinin alimləri iştirak etmişlər.
Maraqlıdır ki, tədbirlərə rayon (şəhər) icra hakimiyyətləri böyük maraq göstərmiş, əksər tədbirlərdə İcra Hakimiyyətləri müavinlər səviyyəsində təmsil olunmuş, regionun sosial iqtisadi və mədni həyatında regionda çalışan yaradıcı insanların rolu yüksək qiymətləndirilmişdir.
Yaradıcılıq birliklərinin üzvləri öz əsərlərini bazara çıxartmaq, hüquqlarını qorumaq mexanizminə yiyələnmiş, incəsənətdə, mədəniyyətdə, ədəbiyyatda və elmidə plagiat imkanlarının azalmasına şərait yaradılmışdır.
Əqli mülkiyyət hüququ sahəsində mütəxəssislərin iştirak etdityi TV verlişini 500 nəfərdən çox adam izləyə bilmiş, müvafiq məlumatlar əldə etmişlər.
Tədbirlərin keçirildiyi yerlərdə Dövlət Əqli Mülkiyyət Agentliyinin əməkdaşlarının hazırladıqları kitablardan ibarət sərgilər təşkil edilmiş, iştirakçılara normativ hüququ aktların surətləri, metodik vəsaitlər paylanmışdır. İştirakçıların fərdi və sahəvi problemlərinin həllinə kömək edilmiş, məsləhətlər verilmiş, praktik köməklik göstərilmişdir.
Tədbirlərin təşkilinə və keçirilməsinə regionlarda yerləşən ali təhsil müəssisələrinin rəhbərləri yaxından kömək göstərmişlər. Fürsətdən istifadə edərək Lənkəran Dövlət Universitetinin rektorluğuna, BDU-nun Qazax və UNEC-in Zaqatala filiallarının rəhbərlərinə təşəkkürümüzü bildiririk. Eləcə də, layihənin icrasına təşkilati-metodiki köməkliyə görə Dövlət Əqli Mülkiyyət Agentliyinə və Mədəniyyət Nazirliyinin rəhbərliyinə təşəkkürmüzü bildiririk.
Keçirilən tədbirlər göstərdi ki:
• Əqli mülkiyyət hüququnun konstitusion hüquq olmasına, bu sahədə ciddi qanunların qəbul olunmasına, Azərbaycanın Beynəlxalq Konvensiyalara qoşulmasına, Beynəlxalq Əqli Mülkiyyət təşkiltaına fəal üzv olmasına, Əqli Mülkiyyət Agentliyinin intensiv fəaliyyətinə, dövlətimizin yaradıcı insanlara göstərdiyi qayğıya və xalqımızın ehtiramına baxmayaraq əqli mülkiyyət hüququnun subyektləri, müəlliflər öz hüquqlarını bilmir, onun tətbiiqində və müdafiəsində problemlər var.
• Əqli mülkiyyət hüququnun subyektləri öz əqli mülkiyyət məhsullarını əmtəəyə çevirib bazara çıxara, ondan öz rifahlarını yaxşılaşdıra bilmirlər. Bu isə onların yaradıcılıq potensialına mənfi təsir göstərir.
• Müəlliflər əqli mülkiyyət hüquqları ilə bağlı dövlət orqanları ilə əməkdaşlıq edə bilmir, əlaqələri zəifdir. Dövlət orqanlarının imkanlarından istifadə edə, əsərlərini vaxtında qeydiyyata aldıra bilmirlər.
• Müəlliflərə məsləhət və hüquqi xidmət göstərən, daimi fəaliyyətdə olan, əqli mülkiyyət hüququnu yaxşı bilən qurum və mütəxəssislər yox dərəcəsindədir. Bu regionlarda xüsusilə hiss olunur.
• Kollektiv idarəetmə təşkilatları regionlarla işini qura bilməmişdir.
• Əqli mülkiyyət hüququ ilə bağlı təlimlər keçirilmir. Bu birinci təşəbbüsdür, bunu bütün regionlar üzrə davam etdirmək zəruridir.
• Ali təhsil müəssisələrində əqli mülkiyyət hüququ haqda müvafiq ixtisaslar üzrə təlim, mühazirə, görüş və seminarların keçirilməsinə ehtiyac var.
Uğurla keçirilən təlimlərin yekunu olaraq müəyyən edilən problemlərin həlli, verilən təkliflərin icrası məqsədilə müxtəlif qurumların nümayəndələrinin iştirakı ilə Dəyirmi Masa keçirilmişdir. Dəyirmi Masada çıxış edən layinənin icraçısı olan “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin sədri, BDU-nun hüquq fakultəsinin dosenti Bəxşeyiş Əsgərov, AR Mədəniyyət Nazirliyinin əməkdaşı Heydər Mirzəyev, Əqli Mülkiyyət Agentliyinin eksperti Natiq İsayev, "Müəllif Hüquqları Uğrunda" İB-nin sədri Gövhər Həsənzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndəsi Vəkil İbrahimov, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasını təmsil edən elmi tədqiqat laboratoriyasının müdiri Nuridə İsmayılzadə, Milli Aviasiya Akademiyasının nümayəndəsi Elgün Ağayev, Azərbaycan rəqslərinin tədqiqatçısı Rauf Bəhmənli, AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi Məmməd Həşimov, Azərbaycan Texniki Universitetinin əməkdaşı Anar Hacıyev, Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı Elmira Qasımzadə və b. əqli mülkiyyət hüququnun reallaşması, tətbiqi və müdafiəsi ilə bağlı mövcud olan problemləri sadalamış, öz təklif və iradlarını bildirmişlər. Qeyd edilmişdir ki, Azərbaycanda əqli mülkiyyət hüququnun qorunması müəlliflərin sosial iqtisadi imkanlarının genişlənməsinə, ayrı-ayrı ixtisas sahələrinin inkişafına və bütövlükdə mədəniyyətimizin dünya səviyyəsinə çıxmasına kömək edir.
Kollektiv idarəetmə təşkilatarının azlığı, müəlliflərin öz hüquqlarını bilməməsi, əqli mülkiyyət hüququ sahiblərinə hüquqi və metodiki yardım mərkəzinin olmaması, maarifçilik kompaniyalarının az aparılması və s. müəlliflərin əməyinin stimullaşdırılmasına mənfi təsir göstərir.
Təklif edildi ki, mütəxəssislər tərəfindən belə təlimlər və görüşlər tez-tez keçirilsin.
Sonda layihənin eksperti hüquqşünas Aydın Kərimov verilən təkliflər və qaldırılan problemlərlə bağlı təkliflər paketinin hazırlanacağını və müvafiq orqanlara təqdim olunacağını bildirdi.
Tədbir zamanı Əqli Mülkiyyət Agentliyinin nəşr etdirdiyi kitabların sərgisi təşkil edildi. İştirakçılara “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin hazırladığı normativ sənədlər toplusu paylandı.