Nazir idarə rəisini işdən çıxardı - YENİ TƏYİNAT
Cəmiyyət
394
14:02, Bu gün

Nazir idarə rəisini işdən çıxardı - YENİ TƏYİNAT

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin rəisi vəzifəsindən azad edilib.
 
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Bəxtiyar Kamil oğlu Qurbanov idarənin rəisi vəzifəsindən azad olunub.
 
Nazirin digər əmri ilə sözügedən vəzifəyə Xəqani Həmzə oğlu Əzizov təyin edilib.
 
Qeyd edək ki, Bəxtiyar Qurbanov 2019-cu ildən sözügedən idarənin rəisi idi.
 
Son iki ayda Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Etibar İsmayılov və Xidmət rəisinin birinci müavini - Qərargah rəisi general-mayor Raul Zeynalov vəzifəsindən azad edilib. Hər iki generalın vəzifənin icrası polkovnik Xaliq Hüseynova tapşırılıb. /Qaynarinfo/
Link kopyalandı!
Son xəbərlər