Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq
Cəmiyyət
381
13:49, Bu gün

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq

Azərbaycanda süni intellekt sahəsi üzrə 500 mühəndis yetişdiriləcək.
 
Moderator.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi "2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın tədbirlər planında əksini tapıb.
 
Qeyd olunub ki, bu çərçivədə Süni İntellekt Akademiyası fəaliyyətə başlayacaq. Süni İntellekt Akademiyasının fəaliyyəti çərçivəsində ən azı 2 nüfuzlu xarici universitetlə (dünya reytinqində ilk 10 pillədə qərarlaşan) əməkdaşlıq ediləcək.
 
Tədbirlər planı çərçivəsində 3000 nəfərlik süni intellekt icmasının yaradılması nəzərdə tutulur. Müxtəlif dövlət orqanlarından (qurumlarından) 500 əməkdaşın “Menecerlər üçün süni intellekt” təlimlərindən məzun olması planlaşdırılır. Həmçinin interaktiv tədris platformasında istifadəçilərin sayının 10000-ə çatdırılmalıdır.
 
Sözügedən məsələlər Elm və Təhsil, İqtisadiyyat və Maliyyə nazirliklərinə, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizlik Xidmətinə tapşırılıb.
 
Link kopyalandı!
Son xəbərlər