Sabahdan metronun hərəkət qrafiki dəyişir
Cəmiyyət
393
13:30, Bu gün

Sabahdan metronun hərəkət qrafiki dəyişir

Bakı Metropoliteni Novruz bayramında gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Belə ki, bayram günləri üzrə hərəkət qrafikində dəyişiklik olunub.
 
Moderator.az bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.
 
Bildirilib ki, martın 20-21-də saat 07:00-dan 21:00-dək "Əhmədli" - "28 May" istiqamətində qatarlar 2.5 dəqiqəlik intervalla hərəkət edəcək. Ayın 22-dən 31-dək Ramazan bayramı günləri də daxil olmaqla həmin sahədə interval üç dəqiqə təşkil edəcək.
 
Xətlərin birləşdiyi "28 May" stansiyasından sonra - "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində qatarların hərəkəti qeyd edilən tarixlər üzrə müəyyən edilmiş intervaldan iki dəfə artıq olacaq.
 
"Bakmil" istiqaməti və əksinə hərəkət edən sərnişinlər isə metrodan martın 20-21-də şənbə günü, ayın 22-31-də isə bazar günü qrafiki üzrə istifadə edə biləcəklər.
 
Sərnişin axınının tənzimlənməsi məqsədilə "Nərimanov" elektrik deposunda ehtiyat qatarlar saxlanılacaq və zərurət yaranarsa, xəttə buraxılacaq.
 
Stansiyalarda növbətçilik cədvəli tərtib olunmaqla əlavə nəzarət mexanizmləri tətbiq ediləcək.
Link kopyalandı!
Son xəbərlər