Bu vəzifə Nazim Əliyevə həvalə olundu
Cəmiyyət
423
13:00, Bu gün

Bu vəzifə Nazim Əliyevə həvalə olundu

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsindəki "Aztelekom" MMC-ə məxsus "Azərrabitəlayihə" MMC-nin direktoru Kənan Novruzzadə vəzifəsindən azad edilib.
 
Şirkətə rəhbərlik Nazim Əliyevə həvalə olunub.
 
Xatırladaq ki, “Azərrabitəlayihə” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,4 min manatdır. Şirkət rabitə qurğularının layihələndirilməsi üzrə ixtisaslaşıb.
 
"Aztelekom"un tərkibində "Azərrabitəlayihə"dən əlavə telekommunikasiya operatoru “Azeurotel” MMC də fəaliyyət göstərir. /Report/
 
Link kopyalandı!
Son xəbərlər