Bu ərazidə qaz olmayacaq
Cəmiyyət
430
09:05, Bu gün

Bu ərazidə qaz olmayacaq

Xəzər rayonunun Mərdəkan prospektində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə 19.03.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
 
"Azəriqaz"dan Moderator.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Mərdəkan qəsəbəsində İ.Nəsimi, Ş.İ.Xəqani, M.Ə.Sabir, Məmmədyarov və Aviaşəhərcik küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Link kopyalandı!
Son xəbərlər