Azərbaycanda bu şəxslər işlə təmin olundular
Cəmiyyət
336
16:48, Bu gün

Azərbaycanda bu şəxslər işlə təmin olundular

Ləğv edilmiş Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin işçiləri Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) işlə təmin olunublar.
 
Moderator.az-ın əldə etdiyi xəbərə görə, akademiyanın Dilçilik İnstitutunda Monitorinq və linqvistik təhlil adlı yeni şöbə yaradılıb.
 
Filologiya elmlər doktoru, professor Sevinc Əliyeva şöbəyə müdir təyin olunub. O, əvvəllər Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru işləyib.
 
Ləğv edilən mərkəzin əməkdaşlarının bir qismi Monitorinq və linqvistik təhlil şöbəsində işlə təmin olunublar.
 
AMEA-nın Dilçilik İnstitutunun mətbuat xidmətinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Təranə Şükürlü Teleqraf-a açıqlamasında xəbəri təsdiqləyib.
 
Qeyd edək ki, Nazirlər Kabinetinin 2019-cu il qərarı ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin işçilərinin say həddi 17 ştat vahidi təsdiq edilmişdi.
 
Prezident İlham Əliyevin 21 noyabr 2024-cü il sərəncamı ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilib.
 
 
Link kopyalandı!
Son xəbərlər